Yordi Kroyf "Barselona"nın yeni idman direktoru olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisi 48 yaşlı mütəxəssislə rəsmi müqavilə bağlayıb. "Barselona" iyulun 1-dən bəri onun xidmətlərindən yararlanırdı.

Qeyd edək ki, Kroyf 1993-1996-cı illərdə "Barselona"nın formasını geyinib.