İspaniyanın “Real Sosyedad” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Umar Sadiq uzun müddətə sıradan çıxıb. 

Nigeriyalı futbolçu La Liqanın 5-ci turu çərçivəsində baş tutan “Xetafe” ilə oyunda (1:2) sağ dizindən ağır zədə alıb. Umarın sentyabrın 15-də dizindən əməliyyat olunacağı bildirilib. 

Ehtimala görə, hücumçu böyük ehtimalla mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.