"Barselona" 18 yaşlı futbolçusu Qavi ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı mərkəz yarımmüdafiəçisinə 1 milyard avro satış qiyməti qoyacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Tezliklə sözləşmənin rəsmən imzalanması gözlənilir. Futbolçu ilə İngiltərə Premyer Liqası klubları və "Bavariya" yaxından maraqlansa da, "Barselona" Qavinin komandadan ayrılması barədə narahat olmayıb.
Qeyd edək ki, gənc oyunçu 2021-ci ildən "katalonlar"ın əsas komandasında çıxış edir.