“Real”ın vingeri Vinisius Junior İspaniya vətəndaşlığı alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı braziliyalı oyunçunun vətəndaşlıq almaq üçün müraciəti İspaniya hökuməti tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, Vinisius 2018-ci ilin yayından “Real”da çıxış edir.