“Barselona”nın futbolçusu Jordi Alba “qızıl top”un kimə verilməsi ilə bağlı favoritini açıqlayıb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Alba “qızıl top”u həmişə Lionel Messiyə vermək istədiyini bildirib:
“Mən “qızıl top”u həmişə Messiyə vermək istəyirəm. Lakin bu il Kərim Benzema çox yaxşı mübarizə apardı. O, bu mükafata layiqdir”.
Xatırladaq ki, fransalı hücumçu ötən mövsüm “Real”ın (Madrid) heyətində Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Messi ilk dəfə bu il “qızıl top”un namizədləri siyahısına daxil edilməyib. Argentinalı ulduz 2005-ci ildən bəri ilk dəfə bu halla qarşılaşır.