“Mövsümə yaxşı başladıq. Komandanın bərpası ilə bağlı bəzi problemləri var idi.

Offsideplus.az  "Marca"ya istinadən xəbər verir ki, bu sözləri  "Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın durumu haqda danışarkən söyləyib. Təcrübəli mütəxəssis futbolçuları Toni Kroos və Luka Modriclə də bağlı fikirlərini bildirib. İtaliyalı çalışdırıcı onların komanda üçün vacib oyunçu olduğunu vurğulayıb:

"Kroos və Modriclə işləmək çətin deyil, çünki onlar ağıllı və təvazökardırlar. Eytiyatda oyunçular skamyasında əyləşsələr də, komanda üçün vacib olduqlarını bilirlər. Onları məşq etdirmək  karyeramdakı ən asan işdir”.

Qeyd edək ki, Kroos 2014-cü, Modriç isə 2012-ci ildən "Real"da oynayır.