“Barselona”nın İspanya La Liqasının 4-cü turunda “Sevilya” ilə keçirdiyi görüş (3:0) Robert Levandovski üçün əlamətdar olub.
Offsideplus.az “Opta”-ya istinadən xəbər verir ki, polşalı hücumçu Kataloniya təmsilçisinin forması ilə meydana çıxıdğı ilk dörd oyunda beşinci qolunu vurub. Bu nəticə ilə o, La Liqada Kriştiano Ronaldo (“Real”, 5 qol) və Radamel Falkaoya (“Atletiko”, 5 qol) məxsus nəticəni təkrar edib.
Qeyd edək ki, 21-ci əsrdə - adını sadaladığımız futbolçulardan başqa çempionatda bu nəticəni təkrar edən olmayıb.