La Liqada 4-cü turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gün daha 4 matç oynanılıb. Eyni xala malik 2 komanda "Real" (Madrid) və "Betis" birincilərin meydanında qarşılaşıb. Oyun "kral" klubunun qələbəsi ilə yekunlaşıb (2:1). Bu nəticədən sonra "Real" 12 xalla vahid lider olub. Madridlilərin əzəli rəqibi isə "Barselona" səfərdə "Sevilya"ya böyük hesabla qalib gəlib.  Digər Madrid təmsilçisi "Atletiko" isə "Real Sosyedad"la qollu bərabərliyə nail olub (1:1).

Qeyd edək ki, turnir cədvəlinə 12 xalla "Real" (Madrid) başçılıq edir. "Barselona"  2-ci (10 xalla) "Betis" isə 3-cü pillədə (9 xalla) qərarlaşıb.  

 

İspaniya

La Liqa, 4-cü tur

3 sentyabr

"Malyorka" – "Jirona" – 1:1
Qollar: 
A.Raylo, 87 – S.Sais, 90+2 (penalti)

"Real Sosyedad" – "Atletiko" – 1:1
Qollar:
 U.Sadiq, 55 - A.Morata, 5

"Sevilya" – "Barselona" – 0:3
Qollar:
 Rafinya, 21, R.Levandovski, 36, E.Qarsiya, 50

"Real" – "Betis" – "2:1"
Qollar: 
Vinisius, 9, Rodriqo, 65 – S.Kanales, 17