Zinədin Zidanın oğlu Luka Zidan karyerasını "Eybar"da davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı qolkiper Sequnda təmsilçisinə azad agent olaraq transfer olunub. Luka "Eybar"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luka Zidan 2020-2022-ci illərdə "Rayo Valyekano"nun formasını geyinib. "Real"ın yetirməsi olan Luka, 2018-2020-ci illərdə "Kral klubu"nun əsas komandasında çıxış edib.