"Barselona"nın futbolçusu Mika Marmol karyerasını İspaniyanın 2-ci liqasında davam etdirəcək.

 Offsideplus.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi "Andorra" klubuna transfer olunub. 21 yaşlı oyunçu üçün heç bir ödəniş edilməyəcək. Anlaşmaya əsasən "Barselona" futbolçunun transfer hüquqlarının 50%-ni özündə saxlayır. Tərəflər arasında olan razılığa görə, İspaniya nəhəgi sözləşmədə yer alan geri satınalma opsiyonu ilə Marmolu yenidən geri qaytara bilər.

Cəmi bir oyunda meydanda olan müdafiəçi ötən mövsümün sonlarında La Liqada "Xetafe" ilə keçirilən görüş zamanı sonradan meydana daxil olmaqla, "Barselona"nın əsas komandasında debüt edib. 

Qeyd edək ki, "Andorra"  tarixində ilk dəfə İspaniya 2-ci divizionunda mübarizə aparacaq. Sözügedən klub Kataloniya təmsilçisinin futbolçusu Pikeyə məxsusdur. O, 2018-ci ildən "Andorra"nın sahibidir.