"Tottenhem"in futbolçusu Serxio Reqilon karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı müdafiəçi "Atletiko" (Madrid) ilə razılığa gəlib. O, tibbi müayinədən keçmək üçün Madrid şəhərinə yollanıb. Futbolçu icarə əsasında "matrasçılar"ın formasını geyinəcək. 

Qeyd edək ki, Reqilon 2020-ci ildə "Real"dan "Tottenhem"ə transfer olunub. Serxionun London təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.