Edinson Kavani karyerasını İspaniyanın "Valensiya" klubunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "yarasalar" 35 yaşlı hücumçunu azad agent olaraq transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kavaninin son klubu "Mançester Yunayted" olub.