"Real"ın fransalı ulduzu Kərim Benzema "Qızıl Top"u qazanmaq istəyir.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə "L'Equipe" nəşrinə açıqlama verib. O, "Qızıl Top"dan uzaq olmadığını bildirib:

"Nə olacağını görəcəyik, səsverməni gözləmək lazımdır. "Qızıl Top"u qazanmaq uşaqlığımdan bəri arzumdur. İndi çox uzaqda deyiləm".

Qeyd edək ki, "Qızıl Top"un qalibi 17 oktyabrda bəlli olacaq.