"Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz olan Edinson Kavaninin yeni ünvanı bəlli olub.

Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu karyerasını İspaniyada davam etdirəcək. Bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb.

Mənbəyə görə, 35 yaşlı oyunçu "Valensiya" klubu ilə anlaşıb. Kavani "yarasalar"la 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2020-ci ildən "qırmızı şeytanlar"da çıxış edən uruqvaylı forvard karyerası ərzində "Napoli", PSJ kimi "top" klublarda oynayıb. O, 2008-ci ildən formasını geyindiyi Uruqvay yığmasında isə 130 matçda 57 dəfə fərqlənməyi bacarıb.