“Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Real”ının yetirməsi Dani Qomesi heyətinə qatıb. 

Müqavilə ilə “Levante”yə məxsus olan ispaniyalı hücumçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.