Uruqvay millisinin hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı oyunçu "Vilyareal"la anlaşıb. Bu barədə "TNT sports" məlumat yayıb. Mənbəyə görə uruqvaylı forvard yaxın günlərdə tibbi müayinədən keçmək üçün İspaniyaya gedəcək.
Xatırladaq ki, futbolçu ilə Argentinanın "Boka Xuniors" və ölkəsinin "Penyarol" klubu maraqlanırdı.
Qeyd edək ki, Kavani karyerası ərzində "Danubio" (Uruqvay"), "Palermo", "Napoli", PSJ kimi klublarda çıxış edib. O, son olaraq isə "Mançester Yunayted"də oynayıb. Təcrübəli oyunçu 2008-ci ildən çıxış etdiyi Uruqvay millisində isə 70 oyunda meydanda olub və 24 qol vurub.