"Barselona" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Vilyareal"ın sağ cinah müdafiəçisi Xuan Foytu transfer etmək istəyir. Bu barədə "Sport Es" məlumat yayıb. Xəbərə görə klub oyunçunun agenti ilə görüşüb. Tərəflər anlaşarsa, "Barselona" bu keçid üçün 42 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Xuan Foyt 2020/2021 mövsümün 2-ci yarısından "Vilyareal"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı oyunçu Argentina millisində isə 15 matç keçirib.