"Barselona" klubu "Mançester Siti"nin futbolçusu Bernardo Silva ilə razılaşıb.

Offsideplus.az "Mirror"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayacaq. Bildirilir ki, bu keçidə görə "Barselona" 60 milyon avro ödəyəcək. Portuqaliyalı futbolçunun keçidini La Liqa klubunun baş məşqçisi Xavi Ernandes rəhbərlikdən israrla tələb edib.

Silva 2017-ci ildən "Mançester Siti"də oynayır.