"Real" İker Bravonun transferi barədə "Bayer"lə razılığa gəlib.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" 17 yaşlı hücumçunun transferinə hazırlaşır. "Real" Bravonu Leverkuzendən 7 milyon avroya satın almaq şərti ilə bir illik icarəyə götürəcək.
İspaniyalı futbolçu Raul Qonzalesin baş məşqçisi olduğu "Kastilya" komandasında çıxış edəcək.