"Bavariya" "Atletiko"nun parlayan gənc ulduzu Xavyera Fernandeslə anlaşıb.

Offsideplus.az Bild nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi aşağı yaş qrupunda çıxış edən 15 yaşlı mərkəz müdafiəçisi ilə razılığa gəlib. Bundesliqa klubu Fernandesə görə "Atletiko"ya ödəniş etməyəcək.

"Bavariya" ispaniyalı futbolçu ilə yanvar ayında - 16 yaşını tamamlayandan sonra müqavilə bağlayacaq.