"Barselona"  "Çelsi"nin cinah müdafiəçisi Markos Alonsonun transferini açıqlamağa hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi yeni transferlərini qeydiyyata aldıqdan sonra ispaniyalı oyunçu ilə rəsmi olaraq müqavilə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə, Alonso ilə 2+1 illik sözləşmə imzalanacaq. Transfer üçün qarşı tərəfə 10 milyon avro ödənəcək. Yaxın günlərdə keçidin açıqlanması gözlənilir.

Qeyd edək ki, iki klub arasında keçidlə bağlı razılaşma olmasına rəğmən "Barselona" La Liqada mövcüd olan xərcləmə limiti və futbolçuların maaşının çox olması ilə bağlı qaydalarla əlaqədar yay "transfer pəncərəsində" heyətinə qatdığı oyunçuları qeydiyyatdan keçirdə bilmirdi.