"Barselona"nın yeni transfer hədəfi müəyyənləşib.

Offsideplus.az  xəbər verir ki, Kataoniya təmsilçisi "Atletik"in (Bilbao) ispaniyalı müdafiəçisi İniqo Martinesi transfer etmək istəyir.  31 yaşlı futbolçunun dəyəri 15 milyon avro ilə qiymətləndirilir, lakin Bilbao klubunun daha çox məbləğ tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Martinez ötən mövsüm "Atletik"in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb. Onun sözləşməsi 2023-cü ilin yayında başa çatır.