“Vilyarreal”ın futbolçusu Mario Qaspar komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı müdafiəçinin yeni klubu da məlumdu. O, “Uotford”a keçib. Bu barədə Çempionşip təmsilçisinin saytı məlumat yayıb.
Qeyd edək ki, “Vilyarreal”ın yetirməsi olan Qaspar 2011-ci ildən əsas komandada çıxış edirdi. İspaniyalı futbolçu La Liqa klubu ilə 484 oyunda iştirak edib.