"Barselona" "Sevilya"nın futbolçusu Jul Kundeni heyətinə qatmaqda israrlıdır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı mərkəz müdafiəçisi ilə anlaşma əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə, "Barselona" 23 yaşlı oyunçu üçün artıq "Sevilya" ilə danışıqlara start verib. Qeyd olunub ki, "Çelsi" də müdafiəçini heyətinə qatmaq istəyir və bu keçid qarşılığında 55 milyon funt sterlinq ödəməyə hazırdır. Lakin London təmsilçisindən fərqli olaraq, İspaniya nəhəngi bu qiymətdən aşağı transferi bitirmək istəyir.
Fransa millisinin üzvü olan futbolçu 2019-cu ildə "Bordo"dan "Sevilya"ya keçib. Kundenin klubla müqaviləsi 2024-cü ildə başa çatır.