"Real Sosyedad" "Real"ın futbolçusu Takefusa Kubanın transferini tamamlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yaponiyalı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla 5 illik sözləşmə imzalanacaq.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi 2019-cu ilin yayında "kral klub"una keçmişdi. O, komandanın heyətində heç bir rəsmi oyuna çıxmayıb. Bu transfer üçün "Real Sosyedad" qarşı tərəfə 6,5 milyon avro ödəyəcək.