"Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo yenidən İspaniyada çıxış edə bilər.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı forvard "Atletiko"ya transfer olmaqla bağlı razılıq əldə edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone portuqaliyalı ulduz ilə danışaraq onu komandaya keçməyə razı sala bilib.

Qeyd edək ki, Ronaldo daha əvvəl İspaniyada "Real"da oynayıb.