PSJ-nin argentinalı futbolçusu Lionel Messi yenidən sabiq komandası "Barselona"da çıxış edə bilər.
Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Paris təmsilçisi ilə müqaviləsi bitdikdən sonra potensial variantlar arasında Kataloniya klubuna geri dönməyi də nəzərdən keçirəcək.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında sona çatır. Klub onunla sözləşməni uzatmaq istəyir.