İspaniya La Liqası 2023/2024 mövsümünə yeni adla başlayacaq.

Offsideplus.az xəbər verir ki, həmin vaxt turnirin baş sponsoru “Banco Santander”lə müqavilə başa çatacaq. 

La Liqanın yeni adı bu ilin avqustunda açıqlanacaq. Məhz həmin vaxt yeni sponsorla müqavilə imzalanacaq. Növbəti sponsorla 5 illik müqavilə bağlanacaq.