"Mançester Siti"nin futbolçusu Bernardo Silva "Barselona"ya keçəcək.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin meneceri Jorje Mendeş Kataloniya klubunun prezidenti Joan Laporta ilə görüş keçirib.

Silvanın "şəhərlilər"lə sözləşməsi 2025-in yayında başa çatır.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2017-ci ildən "Mançester Siti"də çıxış edir.