"Barselona" Usman Dembele ilə bağlı yekun qərara gəlib.

 Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi müqaviləsi başa çatan və hazırda azad agent olan vingerlə yeni sözləşmə imzalayacaq. Hər iki tərəf  arasında danışıqlar olub. Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb.

 Bildirək ki, Dembelenin İspaniya nəhəngini tərk edəcəyi gözlənilirdi.

Qeyd edək ki, Dembele ötən mövsüm "Barsa" formasıyla 31 oyunda 1 qol vurmuşdu.