Ardan Turan yenidən "Atletiko"ya qayıdacaq.

 Offsideplus.az "Mynet"ə istinadən xəbər verir ki, "Qalatasaray"la yollarını ayıran və azad agent olan 35 yaşlı futbolçu Madrid təmsilçisinin aşağı yaş komandalarının birini çalışdıra bilər. Artıq hər iki tərəf arasında bu barədə danışıq gedir.

Qeyd edək ki, Arda 2011/2015-ci illər aralığında "Atletiko"da çıxış edib.