“Sevilya” klubunun hücumçusu Luk de Yonq karyerasını Meksika çempionatında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Əndəlüs təmsilçisi, Meksikanın adı açıqlanmayan bir klubu ilə 31 yaşlı niderlandlı futbolçunun transferi üçün danışıqlar aparır. De Yonqun keçidi tezliklə elan oluna bilər.
Futbolçu ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.