Madrid "Real"ının hücumçusu Luka Yoviç karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, serbiy oyunçu ilə "Monako" klubu maraqlanır.  Madrid təmsilçisi 24 yaşlı oyunçunu satmağa razıdır.

Qeyd edək ki, Yoviç ötən mövsüm "Real"ın heyətində 19 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.