Madrid “Atletiko”sunun hücumçusu Alvaro Morata klubla müqaviləsini uzadacaq və icarə əsasında “Yuventus”da çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçunun paytaxt təmsilçisi ilə yeni müqaviləsi 2024-cü ilə qədər hesablanacaq. Morata növbəti mövsümü icarə əsasında “Yuventus”da keçirəcək.
İspaniyalı forvard 2020-ci ilin sentyabrından 2022-ci ilin iyununa kimi Turin təmsilçisində icarə əsasında forma geyinib.