"Rayo Valyekano" klubunun hücumçusu Radamel Falkao yeni mövsümdə də komandasında çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin idman direktoru David Kobeno məlumat verib. O, kolumbiyalı oyunçu ilə 1 illik yeni müqavilə imzalayacaqlarını deyib.

Bildirək ki, 36 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 22 oyunda 6 qol vurub.