"Vilyarreal"ın hücumçusu Jerar Moreno "Barselona"nın maraq dairəsindədir.

 Offsideplus.az "Diario Sport."a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu yay oyunçu ilə danışıqlara başlayacaq. 30 yaşlı forvardın 100 milyon avro sərbəst qalma maddəsi var, lakin hazırkı durumda  "sarısualtı qayıqlılar" 40 milyon avro təklif alsalar, futbolçunu buraxacaqlar.

Onun İspaniya klubu ilıə 2027-ci ilədək sözləşməsi var.

Qeyd edək ki, Moreno 2013-cü ildən "Vilyarreal"da çıxış edir.