“Barselona” bu yay 10 futbolçusu ilə yollarını ayıracaq. 

Offsideplus.az EPSN-ə istinadən xəbər verir ki, baş məşqçi Xavi yeni komanda qurmaq niyyətindədir. Lakin bir sıra oyunçular komandanı tərk etmək istəmir.

Bildirilib ki, İspaniya nəhəngi yeni mövsümdən Riki Puçu, Oskar Minqesa, Martin Braytveyt, Samuel Umtiti, Fransisiko Trinkau, Kleman Lanqle, Ferran Cucleç, Adam Traore, Luk de Yonq və Miralem Pyaniçlə yola davam etmək istəmir.