"İnter"in futbolçusu Lautaro Martines karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu "Barselona"ya keçməyə yaxındır. Kataloniya klubu 60-70 milyona bu transferi bitirə billər. Onun"nerazzurilər"lə sözləşməsi 2025-də başa çatır.

Qeyd edək ki, argentinalı forvard bu mövsüm Milan təmsilçisi ilə 45 matçda 23 qol və 3 məhsuldar ötürmə edib.