"Barselona" heyətini yeni futbolçu gücləndirəcək.

 Offsideplus.az "The Mirror"a istinadən xəbər verir ki, Kataloniya klubu "Tottenehem"in  müdafiəçisi Serxio Reqilonu transfer edəcək. 25 ispaniyalı oyunçunun London təmsilçisi ilə sözləşməsi 2025-də başa çatır.

"Barsa" yayda futbolçu üçün "mahmızlar"la danışıqlara başlayacaq.

Qeyd edək ki, "Real" yetirməsi olan Reqilon 2020-ci ildən "Tottenhem"də çıxış edir.