"Barselona" "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı heyətinə qatacaq.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı Xavi rəhbərlikdən 27 yaşlı portuqaliyalı yarımmüdafiəçinin transferini istəyib. Mövsümün sonunda "şəhərlilər"dən ayrılacaq olan oyunçunun İspaniya nəhənginə gələcəyi gözlənilir. Onun hazırkı müqaviləsi 2025-də başa çatır.

Qeyd edək ki, Bernardo 2017-ci ildən "Mançester Siti"də çıxış edir.