"Barselona" klubunun futbolçusu Jerar Pike üçün 2021/2022 mövsümü vaxtından əvvəl başa çatıb.

Offsideplus.az xəbər verir ki, bir müddətdir sol budundakı zədədən əziyyət çəkən 35 yaşlı müdafiəçi mövsümün qalan oyunlarında meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Jerar Pike bu mövsüm Kataloniya təmsilçisinin heyətində 39 oyuna çıxıb və 3 qol vurub.