"Barselona" futbolçusu Ronald Arauxo ilə müqaviləni yeniləyib.

 Offsideplus.az xəbər verir ki, Kataloniya klubu uruqvaylı müdafiəçi ilə 2026-cı ilədək yeni sözləşmə imzalayıb. Bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onun təzminat məbləği 1 milyard avrodur.

Qeyd edək ki, Uruqvay millisinin üzvü 2018-ci ildən "Barselona"da çıxış edir.