“Barselona” klubunun futbolçusu Serjinyo Dest zədələnib.

Offsideplus.az xəbər verir ki, adıçəkilən müdafiəçi “Rayo Valyekano” ilə qarşılaşmada (0:1) xəsarət alıb. La Liqanın 21-ci turundan təxirə salınan matçda xəsarət alan amerikalının sağ ayağında problem yaranıb.

Onun meydana nə vaxt dönəcəyi dəqiqləşməyib.