Madrid “Real”ının təcrübəli yarımmüdafiəçisi İsko bu yay “Betis”ə keçə bilər.
Offsideplus.az xəbər verir ki, “Betis” vingerə 2 illik müqavilə təklif edib.
Komandanın baş məşqçisi Manuel Pelleqrini futbolçunu sərəncamında görmək istəyir.
İskonun "kral klubu" ilə müqaviləsi bu ilin yayında bitir.
Qeyd edək ki, İsko “Real”ın heyətində 350 matçda 53 qol vurub və 56 məhsuldar ötürmə edib.