"Betis"in futbolçusu Xuakin Sançes karyerası ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi daha bir il oyanamaq istədiyini deyib:
"Futbolçu karyeramı bitirməyimi gözləyən insanlardan üzr istəyirəm. Amma daha 1 il oynayacağam".
Xatırladaq ki, o, bir müddət əvvəl İspaniya kubokunun qalibi olub.
Qeyd edək ki, "Betis" yetirməsi olan Xuakin karyerası ərzində "Valensiya", "Malaqa" və "Fiorentina" formaları geyinib.