"Real"ın futbolçusu Luka Modriç sabah keçiriləcək "Osasuna" ilə oyunda olmayacaq.

 Offsideplus.az xəbər verir ki, buna səbəb baş məşqçi Karlo Ançelottinin 36 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə istirahət verməsidir.

Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.