İspaniya millisinin və "Barselona"nın əsas futbolçularından olan Jordi Alba İspaniya mətbuatına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilk öncə yığmanın sabiq baş məşqçisi Xulen Lopeteqinin istefaya göndərilməsi haqda fikirlərini bölüşüb"

" Açığı Xulen Lopeteqinin istefa verməsi heç xoşuma gəlmədi. Onun yığma komanda üçün böyük lahiyələri var idi. Bu qərar İspaniya Futbol Federasiyasının qərarıdı və bu qərara hörmətlə yanaşıram. Lopeteqiyə hər şey üçün təşəkkürümü bildirirəm. Ona çox böyük hörmətim var."

Jordi Alba daha sonra "Barselona" haqqında da danışıb. O, qeyd edib ki, karyerasına "Barselona"da başa vurmaq istəyir:

Müqaviləmin başa çatmasına iki il qalıb. "Əlimdə olsa, karyeramı "Barselona"da başa vurardım. Amma bu təkcə mənə aid olan məsələ deyil. Luis Enrikenin son dönəmlərində az-az oynayırdım. Amma Valverde gələndən sonra əsas heyətdəki yerimdə möhkəmlənə bildim.