"Barselona" klubunun futbolçusu Luk de Yonq koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçudan götürülən test nümunələrinin cavabları pozitiv olub. O, karantinə alınıb.
De Yonq La Liqanın 30-cu turunda "Sevilya" ilə oyunu buraxacaq.
Qeyd edək ki, niderlandlı futbolçu bu mövsüm 15 maçtda 5 qol vurub.