İspaniyanın "Barselona" klubunun futbolçuları Ronald Arauxo və Qavi Kataloniya təmsilçisiylə müqaviləni yeniləmək istəmirlər.

Offsideplus.az xəbər verir ki, müdafiəçi və yarımmüdafiəçi Kataloniya təmsilçisinin sözləşməni uzatmaq üçün göndərdiyi təklifi rədd ediblər. 

Qeyd edək ki, Arauxonun və Qavinin hazırkı müqavilələri 2023-cü ilin yayına qədərdir.