"Barselona" klubunun baş məşqçisi Xavi Fransa PSJ-sinin futbolçusu Lionel Messinin Kataloniya təmsilçisinə qayıda biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, argentinalı hücumçu üçün "Barselona"nın qapılarının hər zaman açıq olduğunu deyib. Ancaq mütəxəssis transferlə bağlı danışmaq istəməyib.

Qeyd edək ki, Messinin ötən ilin yayı "Barselona" ilə müqaviləsi başa çatıb və o, azad agent kimi PSJ-yə keçib.